İspaniya

Əfsanə “Real”dan ayrılır – Hara gedəcəyi bəllidir

“Real”ın 39 yaşlı xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç yayda klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, Modriç hələ karyerasını bitirməyi düşünmür, çünki ona Səudiyyə Ərəbistanından təklif gəlib. Keçmiş komanda yoldaşı Kərim Benzemanın çıxış etdiyi “Əl-İttihad” yayda futbolçunu azad agent kimi almağa hazırdır.

Daha əvvəl bildirilmişdi ki, “Real” prezidenti Florentino Peres Modricin gedişində şəxsən maraqlıdır, çünki o, xorvatiyalıda olan 10 nömrəni Kilian Mbappeyə vermək istəyir.

Modriç bu mövsüm “Real Madrid”in heyətində 28 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az