Təsdiqləndi, o oyun keçiriləcək
“Barselona” Lionel Messi üçün vida matçı təşkil edəcək.
Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun idman direktoru Deko AS-a açılamasında bildirib:
“Düşünürəm ki, vida matçı stadionun yenidən qurulmasından sonra olacaq. Messi həmişə klubun tarixində ən böyük əfsanə olacaq. Klubun Kroyff, Ronaldo kimi böyük əfsanələri var idi, amma o, bəlkə də hamıdan böyükdür.
Leo mütləq vida oyununu Barselonada keçirəcək, amma bunun nə vaxt olacağını bilmirik. Ümid edirəm ki, Messi daha uzun illər oynayacaq. Çünki futbolu sevən, ondan həzz alan insanlar onu görməkdən şad olacaqlar”.
Qeyd edək ki, Messi bu ilin yayında PSJ-dən ayrılaraq azad agent kimi “İnter Mayami”yə keçib. Argentinalı dünya çempionu 2003-2021-ci illərdə “Barsa”nın formasını geyinib.
