İspaniya

“Barsa”nın yayda satacağı futbolçular bəlli oldu

“Barselona” klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yayda komandanın bir neçə ulduz futbolçusunu satmaq niyyətindədir.

Aut.az xəbər verir ki, satışa əsas namizədlər 26 yaşlı yarımmüdafiəçi Frenki de Yonq və 27 yaşlı cinah oyunçusu Rafinyadır. Bu barədə “Cadena Ser” məlumat yayıb.

Mənbəyə görə, “Barsa” bossları iki oyunçu üçün 100 milyon avrodan çox pul qazanmaq istəyirlər.

Qeyd olunur ki, satışa digər potensial namizəd mərkəz müdafiəçisi Ronald Arauxodur, lakin “Barselona” onunla de Yonq və Rafinya qədər asanlıqla ayrılmağa hazır deyil.

Xatırladaq ki, bu mövsüm de Yonq bütün turnirlərdə 23 matçda iştirak edib və bir qol vurub. Öz növbəsində, Rafinya bütün yarışlarda 21 oyun keçirib, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.

Aut.az