Mbappenin gəlişi “Real”da balansı pozdu – “Barsa” rəsmisi
“Barselona”nın idman direktoru Deku Mbappenin “Real”a transferindən danışıb.
Aut.az xəbər verir ki, klub rəsmisi hesab edir ki, Kilian Mbappenin transferi “Real Madrid”in çıxışına mənfi təsir edib.
“Futbol nöqteyi-nəzərindən mən bilirdim ki, Mbappe ilə oyun tərzimini mütləq dəyişmək lazımdır və bu, taktiki balanssızlıq yarada bilər. Biz onun əla oyunçu olduğunu bilirdik, lakin bu, komandada balanssızlıq yaratdı.
Diqqətimizi özümüzə cəmlədik, vuruşduq, mübarizə apardıq. Biz bilirik ki, mövsümün hər anında hər şey ola bilər. Bir sıra səbəblərə görə əla mövsüm keçirdiyimizi başa düşməliyik və onlara əsaslanmalıyıq”, – “Barsa”nın idman direktoru İspaniya mətbuatına deyib.
Aut.az
