Merdən “Real”la bağlı qalmaqallı açıqlama: Qaradərili oyunçu ilə müqavilə imzalayaraq…
İspaniyanın Orense şəhərinin meri Qonzalo Peres “Real Madrid”in Çempionlar Liqasından kənarlaşdırılmasına münasibət bildirib.
Madrid klubu turnirin 1/4 finalında hər iki oyunda “Arsenal”a uduzub (0:3, 1:2).
Aut.az xəbər verir ki, mer birmənalı qəbul edilməyəcək fikirlər səsləndirib.
“Kim daha çox qaradərili oyunçu ilə müqavilə imzalayaraq, matçlarda fiziki üstünlük əldə edəcəklərini düşünürsə, futboldan və ya atletikadan heç nə başa düşmür”, – mer deyib.
Bildirilir ki, mer bununla “Real”ın heyətində qaradərili futbolçuların çoxluq təşkil etməsinə işarə edib.
Aut.az
