Boks

16 yaşlı boksçu ölü tapıldı

Ukraynanın İvano-Frankovsk vilayətinin polisi 16 yaşlı ukraynalı boksçu Nazar Malinkinin ölü tapıldığını bildirib.

Aut.az xəbər verir ki, yeniyetmə fevralın 7-də günorta saatlarında Kolomiyadakı evindən çıxıb və geri qayıtmayıb. Fevralın 15-də Nazarın cəsədi Lvovda aşkar edilərək ekspertizaya göndərilib.

Bildirilir ki, müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin “Özünü öldürmə” maddəsi ilə ibtidai istintaq aparırlar.

Nazar Malinkin gənclər arasında boks üzrə 2023-cü il Ukrayna çempionatının mükafatçısı və 2023-cü ildə Kujelnı turnirinin qalibi olub.

Aut.az