Ramos Messini qabaqladı
İspaniya La Liqasının 22-ci turunda “Sevilya” “Osasuna”nı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Aut.az xəbər verir ki, Əndəlus komandasının müdafiəçisi Serxio Ramos da meydanda olub. O, İspaniya çempionatında 521 matçını keçirib. Bu göstəriciyə görə o, “Barselona”nın sabiq hücumçusu Lionel Messini qabaqlayıb. Argentinalı super ulduz 520 görüşdə iştirak edib.
Ramos ümumi siyahıda 8-ci pillədə qərarlaşıb. La Liqada ən çox oyun keçirən futbolçular Xoakuin Sançes və Andoni Zubizarretadır. Onlar 622 dəfə çempionat oyununda meydana çıxıblar.
