Azarkeşlər Kloppa belə təşəkkür etdilər – FOTO
“Liverpul” azarkeşləri Yurgen Kloppun mövsümün sonunda gedəcəyini bildirməsindən sonra İngiltərə Kubokunun 1/16 finalında “Norviç Siti” ilə matçda ona təşəkkür ediblər.
Aut.az xəbər verir ki, azarkeşlər arenada Klopun vaxtında qazanılan kubokların əks olunduğu böyük plakat asıblar.
Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib.
56 yaşlı alman mütəxəssis 2015-ci il oktyabrın 8-dən “Liverpul”u çalışdırır. Bu müddət ərzində Yurgen Klopp “qırmızılar”la 7 kubok qazanıb. Kloppun rəhbərliyi altında “Liverpul” Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Aut.az
