İngiltərə

Amorim qovuldu

“Mançester Yunayted” baş məşqçi Ruben Amorimi istefaya göndərib.

Publika.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Amorim “Mançester Yunayted”in baş məşqçisi postuna 2024-cü ilin noyabrında təyin olunub. 40 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda 2024/25 mövsümündə Avropa Liqasının finalına yüksəlib, lakin həlledici oyunda “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olub.

Cari mövsümdə Premyer Liqada 20 turdan sonra “Mançester Yunayted”in aktivində 31 xal var və komanda İngiltərə çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Aut.az