İngiltərə

Qərar verildi: Uğursuzun biri gedir, o biri gəlir

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla yollarını ayırmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə İngiltərənin aparıcı KİV-ləri məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi azarkeşlərin komandanın uğursuz çıxışına görə etdiyi sərt etirazlardan narahat olub. Buna görə də niderlandlı mütəxəssisi göndərmək qərarına gəlib.

Artıq Erikə əvəzləyəcək məşqçinin adına aydınlıq gəlib. “The Mirror” yazır ki, rəhbərlik komandanı Qraham Potterə tapşırmaq niyyətindədir. Yaxın günlərdə 48 yaşlı mütəxəssislə danışıqlara başlanacaq.

Qeyd edə ki, son olaraq “Çelsi”ni çalışdıran Potter uğursuz nəticələrə görə London klubundan qovulduğu vaxtdan – aprelin 2-dən işsizdir. O, “zadəganlar”la yanaşı Premyer Liqada “Brayton”a da rəhbərlik edib.

Ötən gün “Nyukasl”a məğlub olaraq (0:3) Liqa kubokunda mübarizəni dayandıran “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 10 turdan sonra 15 xalla 8-cidir. Çempionlar Liqasında isə “qırmızı şeytanlar” 3 turdan sonra 3 xal toplaya biliblər.

Aut.az