İngiltərə

Oyundan əvvəl çətənə çəkib, testdən belə yayınıb

İngiltərə millisinin keçmiş ulduzu Karlton Palmer karyerası ərzində narkotik testindən keçmək üçün hiylə işlədib.

1990-cı illərin əvvəllərində yarımmüdafiəçi mövqeyində çıxış edən və İngiltərə millisində 18 oyun keçirən Palmer matçlardan əvvəl arabir çətənə çəkirmiş.

1989/90 mövsümündə “Kristal Pelas”la oyundan əvvəl “Şeffild Uensdey”də çıxış edən Palmer test vermək üçün seçilsə də, nəticənin müsbət olacağını bildiyi üçün biclik işlədib.

Palmer bu barədə “The Owl Sanctuary” portalına danışıb: “Mən çəkirdim, üfürməyi xoşlayırdım. Bir həftə əvvəl dopinq testi verdim və adətən onlar ardıcıl iki oyunda yoxlamırlar.

Beləliklə, biz “Kristal Pelas”la oynayırıq və mən cümə axşamı gecəsi ziyafətdə idim.  Ron Atkinson (baş məşqçi – red.) deyir ki, test üçün yenə də səni seçiblər.

Dedim ki, boss, danışmalıyıq. Fizioterapevtdən sidiyini şüşəyə yığaraq mənə verməsini xahiş etməli olduq”.

Aut.az