İngiltərə

İnanılmaz göstərici: Həmkarları Kloppa necə həsəd aparmasın?

“Liverpul” Premyer Liqanın 27-ci turunun matçında “Nottingem”ni 1:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “qırmızılar”a qələbə gətirən qol əsas vaxta əlavə edilmiş 9-cu dəqiqədə Darvin Nunyesdən gəlib. Yurgen Kloppun rəhbərliyi altında komanda Premyer Liqada 18-ci dəfə 90-cı dəqiqədən sonra qələbə qolunu vurub.

“Opta”nın məlumatına görə, bu, alman mütəxəssisin 2015-ci ildə komandanın “sükanı arxasına” keçidyi vaxtdan bəri liqada ən yaxşı göstəricidir. Klopp daha əvvəl mövsümün sonunda vəzifəsini tərk edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Klopp mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb.