Eyni koordinatda və eyni qayıqdayıq – Yenə də vaxt istədi
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə çempionatının 6-cı turunda “Tottenhem”ə məğlubiyyətdən (0:3) sonra komandanın problemləri və klubun bundan sonrakı hədəfi haqda danışıb.
Aut.az xəbər verir ki, 4 ildir “Yunayted”də heç nəyə nail olmayan mütəxəssis yenə də vaxt istəyib.
“Biz hamımız – sahiblər və liderlər yayda qərar qəbul etdik ki, birlikdə qalaq. Biz həmçinin nəyi təkmilləşdirməli olduğumuzu və komandanı necə qurmaq istədiyimizi təhlil etdik. Hələ də zədəli futbolçularımız var, bizə vaxt lazımdır. Biz hamımız eyni koordinatda və eyni qayıqdayıq – sahiblər, heyət və oyunçular”, – deyə “The Guardian” ten Haqdan sitat gətirib.
Daha əvvəl məlum olmuşdu ki,ten Haqın əvəzlənməsi nəzərdən keçirilir, lakin hər şey növbəti iki oyunun nəticələrindən asılı olacaq – oktyabrın 3-də “Mançester Yunayted” ÇL-də “Porto”, oktyabrın 6-da isə Premyer Liqada “Aston Villa” ilə qarşılaşacaq.
Aut.az
