“Liverpul”un yeni transferi zədələndi
“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi Ceremi Frimpongun zədələnməsindən danışıb.
Aut.az xəbər verir ki, niderlandlı mütəxəssi bu səbəbdən həmyerlisinin sentyabr ayınadək meydana çıxmayacağını açıqlayıb:
“Bizim tibbi heyət tamamilə haqlı idi, çünki məndən Cermini əvəzləməyi xahiş etdilər. O, yığma matçları üçün sentyabr fasiləsinə qədər sıradan çıxıb. Mən oyundan sonra bildirmişdim ki, Frimpongun əvəzlənməsi onun oyununa görə deyildi. Onun arxa bud əzələsində problem var və həkimlərimiz düzgün qərar verdilər. Əgər onu dəyişməsəydim, sağalma müddəti daha da uzana bilərdi”
24 yaşlı niderlandlı futbolçu Premyer Liqanın ilk turunda “Bornmut”la (4:2) oyunun 60-cı dəqiqəsində əvəzlənmişdi.
Frimpong 2025-ci ilin iyulunda “Bayer”dən “Liverpul”a transfer olunub. “Bornmut”la qarşılaşma onun mersisayd klubundakı ikinci oyunu idi.
Aut.az
