İngiltərə

Qvardiola ona İspaniyada əvəzləyici tapdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələn yay İngiltərə klubundan ayrılacağı təqdirdə Edersona əvəzləyici tapıb.

Aut.az xəbər verir ki, o, “Atletik”in qapıçısı Unay Simonu əsas namizəd kimi görür. Bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis 27 yaşlı qolkiperin ayaqları ilə oynamaq bacarığını xüsusilə dəyərləndirir. “Şəhərlilər”in “Miland”an Mik Maynyan və Dortmund “Borussiyası”ndan Qreqor Kobelin namizədliklərini də öyrəndikləri vurğulanır.

Bu mövsüm Simon zədə səbəbilə az – bütün yarışlarda 9 oyun keçirib, 3 matçda qapısını “quru” saxlayıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir. “Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.

Aut.az