Ulduz futbolçu müflis oldu
“Liverpul”un və İngiltərə millisinin sabiq hücumçusu Emil Heski müflis olub.
Aut.az xəbər verir ki, 2009-cu ildə sərvəti 12 milyon funt sterlinq olaraq qiymətləndirilirən veteran futbolçu investisiya sisteminə sərmayə qoyduqdan sonra maliyyə problemləri yaşamağa başlayıb. Nəticədə 1,5 milyon funt sterlinqdən çox vergi borcu yaranıb. Ali Məhkəmə onun müflis olması ilə bağlı vəsatəti qəbul edib.
Maraqlıdır ki, Heskeyin yatırım etdiyi sistemin investorları arasında Devid Bekhem, Robbi Uillyams, Stiven Cerrard və Ceymi Karrager kimi adlar da olub.
Aut.az
