İngiltərə

Aşağı ətrafın sınığı: Dəhşətli qəzadan sağ çıxan futbolçu əməliyyat olundu

“Vest Hem”in hücumçusu Maykl Antonio avtomobil qəzası keçirdikdən sonra aşağı ətrafının sınığı səbəbindən əməliyyat olunub.

Aut.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, o, xəstəxanada müşahidə altında qalacaq.

Qəza dekabrın 7-də Esseksdə baş verib. Media əhəmiyyətli dərəcədə zədələnmiş avtomobilin fotosunu dərc edib.

“Klubda hər kəs Mayklın tezliklə sağalmasını arzulayır və aldığımız böyük dəstəyə görə bütün futbol ailəsinə dərin təşəkkürümüzü bildirir, həmçinin Maykla yardım edən fövqəladə xidmətlərə və xilasedicilərə ürəkdən təşəkkürümüzü bildiririk. Klub zərurət yarandıqda yenilənmiş məlumatları təqdim edəcək”, – deyə “Vest Hem”in açıqlamasında bildirilir.

Bu mövsüm 34 yaşlı Antonio Premyer Liqada 14 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Yamayka millisində 21 oyunda 5 qolu var.