İngiltərə

Qadın futbolunun ən yaxşı driblinqçisi – FOTO

Yəqin ki, futbolsevərlər Kloe Kellini yaxşı tanıyırlar.

O, İngiltərənin qadınlardan ibarət komandasınə ilk dəfə futbol üzrə Avropa çempionu edən oyunçudur. Məhz onun qitə çempionatının finalında vurduğu həlledici qolla “üçaslanlar” “Uembli” stadionunda, 87 192 tamaşaçı önündə Almaniyaya qalib gəldilər. Qol sevinci zamanı onu qadın futboluna xas olmayan şəkildə qeyd etməsi, formasını çıxarması Kellini daha da məhşurlaşdırıb.

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO

Kloe 15 yanvar 1998-ci ildə Londonda anadan olub. Uşaqlıqdan futbola maraq göstərib. Futbolu QPR-in məktəbində öyrənməyə başlayıb. Daha sonra isə “Arsenal” akademiyasına keçib.

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO

2018-ci ildə Kelli “Everton” ilə peşəkar müqavilə imzalayıb. Bundan cəmi 2 il sonra – 2020-ci ilin yayında “Mançester Siti” tərəfindən transfer edilib.

Kloe təkcə finaldakı qolu və sevincinə görə tanınmır. O, qadın futbolunun ən yaxşı driblingçisi hesab edilir.

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO

Qadın futbolunun ən yaxşı driblinqçisi - FOTO