Arteta qovulacaq: Bunu edə bilməsə
“Arsenal” bu mövsüm Premyer Liqanı qazanmasa, baş məşqçi Mikel Arteta ilə yollarını ayırmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “Give me Sport” məlumat yayıb.
Mənbənin qeyd etdiyinə görə, London klubunun rəhbərliyi belə bir ultimatumu əsaslı hesab edir və komandanın mövcud vəziyyəti, eləcə də sərəncamındakı resurslar nəzərə alınaraq, çempionluqdan başqa heç bir nəticəni qəbul etmir.
“Arsenal” 24 turdan sonra 53 xal toplayaraq Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Bununla yanaşı, “topçular” İngiltərə çempionatında son dörd turda cəmi bir qələbə qazanıblar. Komandanın ikinci pillədə qərarlaşan “Mançester Siti” üzərində üstünlüyü 7 xaldır.
Aut.az
