“Çəkicdöyənlər”dən unikal rekord
“Vest Hem” rekorda imza atıb.
Aut.az xəbər verir ki, London klubu qitəmiqyaslı turnirlərdə ardıcıl 17 oyunda məğlub olmayan ilk İngiltərə təmsilçisi olub. “Çəkicdöyənlər” buna Avropa Liqasının qrup mərhələsində səfərdə “Frayburq”u məğlub etməklə (2:1) nail olublar.
Qeyd edək ki, London təmsilçisi 2022/23 mövsümündə Konfrans Liqasının qalibi olub.
