Avropa Liqası

“Hakken”in futbolçuları hakimi ittiham edirlər

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Qarabağ”a uduzan (0:1) “Hakken”in futbolçuları hakim idarəçiliyindən narazı qalıblar.

Aut.az xəbər verir ki, onlar matçın 12-ci dəqiqəsində baş verən epizodda avstriyalı referi Sebastian Qishamerin “Qarabağ”ın qapısına penalti təyin etməli olduğunu düşünürlər.

"Hakken"in futbolçuları hakimi ittiham edirlər

Komandanın kapitan Samuel Qustafson həmin vaxt hakimə səhv etdiyini dediyini bildirib: “Hiss edirdim ki, qayda pozuntusu cərimə xətti üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.

“Hekken”in digər futbolçusu Amor Layuni də hakimin qərarından şikayətlənib: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer” ilə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”

Mikel Ryuqor isə qeyd edib ki, VAR sistemindən istifadə edilirsə, qərar da düzgün olmalıdır: “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.