İngiltərə

39 yaşlı futbolçu karyerasını bu klubda davam etdirəcək

“Çelsi”nin 39 yaşlı müdafiəçisi Tiaqo Silva gələcəyi ilə bağlı qərar verib.

Bu mövsümün sonunda braziliyalının “Fluminense”nin futbolçusu olacağı bildirilir. Tiaqo Silva azad agent kimi Rio-de-Janeyro klubunun sıralarına qoşulacaq.

Xatırladaq ki, daha əvvəl Tiaqo Silvanın son 4 mövsümdə çıxış etdiyi “Çelsi”nin düşərgəsini yayda tərk edəcəyi bildirilirdi.

Tiaqo Silvanın Premyer Liqa və Səudiyyə Ərəbistanı klublarından da təklifləri var idi.

Lakin o, yetirməsi olduğu “Fluminense”yə qayıtmağa qərar verdi. Braziliyalı 2006-2009-cu illərdə bu komandada çıxış edib.

Aut.az