İngiltərə

“Millətin xilaskarı”nın yığmada dostu yox imiş – VİDEO

“Real Madrid”in futbolçusu Cud Bellinhem Avro-2024-də İngiltərə yığmasının lideri kimi özünü sübut edə bilməyib.

Aut.az “The Athletic”ə istinadən bildirir ki, Bellinqem milli komandadakı tərəfdaşlarının etimadını qazana bilməyib. Gənc yarımmüdafiəçi Trent Alexander-Arnold ilə yaxşı münasibətdədir, lakin İngiltərə yığmasında başqa dostu yoxdur.

“Real Madrid”in futbolçusunun turnir zamanı jurnalistlərin suallarını cavablandırmaqdan çəkinməsi Bellinqemin komanda yoldaşlarını da təəccübləndirib, baxmayaraq ki, mətbuat onu komanda liderlərindən biri adlandırıb.

Eyni zamanda, anonim mənbələr hesab edir ki, Bellinqem özü mətbuatda onun haqqında yazılanları və deyilənləri çox diqqətlə izləyir.

Gənc yarımmüdafiəçinin millətin xilaskarı kimi təsvir olunduğu “Adidas”ın “Hey Jude” reklamı Bellinqemin millidəki komanda yoldaşlarını da xoşagəlməz şəkildə təəccübləndirib.

İngiltərə turnirin finalında İspaniyaya məğlub olub – 1:2.

https://www.youtube.com/watch?v=ugPrwWqPX8g&t=2s