10 min funt mərc etdi: O, heç vaxt qalib gələ bilməyəcək
Britaniyalı jurnalist Pirs Morqan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Heq haqqında danışıb.
“Ronaldo “Mançester Yunayted”lə 3 Premyer Liqa və Çempionlar Liqası kubokunu qazandı. Xeyriyyə məqsədli 10 min funt-sterlinqə mərc edirəm ki, ten Haq heç vaxt “Mançester Yunayted”in sükanı arxasında qalib gəlməyəcək”, – Morqan “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
Xatırladaq ki, İngiltərə çempionatının yeni mövsümünün üç turundan sonra “Mançester Yunayted” üç xalla 14-cü pillədə qərarlaşıb.
Komanda bir qələbə qazanıb, iki məğlubiyyətlə üzləşib. İngiltərə çempionatının növbəti turunda “Mançester Yunayted” “Sauthempton”la qarşılaşacaq. Qarşılaşma sentyabrın 14-də baş tutacaq.
Aut.az
