İngiltərəİspaniya

Super ulduz “Real”a keçməkdən imtina etdi: Bu hörmətsizliyə görə

İngiltərənin “Mançester Siti” klubunun ispaniyalı yarımmüdafiəçisi Rodrinin “Real”a keçmə ehtimalı azalır.

Aut.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 28 yaşlı futbolçu və onun nümayəndələri “kral klubu”nun “Qızıl top”un təqdimetmə mərasimi zamanı davranışından məyus olublar.

Xatırladaq ki, “Real” tədbiri boykot etmişdi, çünki onların fikrincə, mükafatı Rodri yox, braziliyalı Vinisius Junior almalı idi.

Aut.az