Yamal heç nə edə bilmədi: Qaraya boyandı
“Barselona”nın 18 yaşlı cinah oyunçusu Lamin Yamal son “el klasiko”da qol vura bilməyib və matçın ən aşağı reytinqlərindən birini alıb.
Aut.az xəbər verir ki, oyundan sonra gənc futbolçu sosial şəbəkədəki profilini dəyişmək qərarına gəlib: o, avatar şəklini silib və qara fon quraşdırıb.
Oktyabrın 26-da “Real” və “Barselona” arasında matçı keçirilib. Meydan sahibləri 2-1 hesabı ilə qalib gəlib. Qarşılaşma zamanı yerli azarkeşlər tərəfindən fitə basan Yamalı daha sonra oyundan əvvəl rəqibi haqqında sərt ifadələr işlətdiyi üçün əlbəyaxa davanın əsas iştirakçılarından birinə çevrilib.
Aut.az
