Vanqa sağdır: “El klsiko”nun hesabını da, qolları kimin vuracağını da deyib – VİDEO
“Real” və “Barselona” arasında epik “el klassiko”dan sonra onlayn müzakirələr təkcə matçın özü ilə deyil, həm də dünyanın bir nömrəli tennisçisi Karlos Alkarasın verdiyi inanılmaz proqnozla genişlənir.
Aut.az xəbər verir ki, qarşılaşma ərəfəsində ispan tennisçidən oyunun necə bitəcəyini düşündüyünü soruşublar. Uşaqlıqdan “Real”ın çılğın azarkeşi olan Alkaras belə cavab verib:
“2-1 “Real”ın xeyrinə bitəcək. Mbappé, Bellinqem və Yamal qol vuracaqlar”.
Matç 2:1 hesabı ilə başa çatıb, Kilian Mbappe və Cud Bellinqem “Real”ın qollarına, Fermin Lopes isə “Barselona”nın yeganə qoluna imza atıb.
Sosial şəbəkələrdəki azarkeşlər dərhal Alkarasa “görücü” ləqəbi veriblər və zarafatla ona indi futbola mərc etməyi məsləhət görüblər.
Aut.az
Посмотреть эту публикацию в Instagram
