Azərbaycan futbolu

“Traktor” məğlub oldu

İran çempionatında növbəti turun oyunları keçirilib. 

Aut.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu 4-cü tur çərçivəsində “Zobahan”la qarşılaşıb. İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv doğma meydanda üz-üzə gəldiyi rəqibinə uduzub – 0:1.
67-ci dəqiqədə məğlub duruma düşən təbrizlillər 74-cü dəqiqədə azlıqda da qalıblar və mövsümdəki ilk məğlubiyyət qaçılmaz olub.

Mövsümə inamlı başlamış “Traktor” hazırda 4 oyuna topladığı 7 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. “Qurdlar”ın çempionatdakı növbəti matçı sentyabrın 22-də səfərdə “Xeybar Xorramabad”a qarşı olacaq. Bundan öncə isə “traktorçular” Asiya Çempionlar Liqası çərçivəsində “Əl-Vakra” ilə görüşəcək. Qətər təmsilçisi ilə oyun sentyabrın 18-də səfərdə baş tutacaq.