İngiltərə

Qvardiola da dəstəklədi: Verin məhkəməyə

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyun təqviminin genişləndirilməsinə görə FİFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib.

Aut.az xəbər verir ki, Pep bu barədə “Daily Mail” nəşrinə müsahibəsində deyib.

“Yalnız oyunçular hər şeyi dəyişə bilər. Artıq bir neçə dəfə demişəm ki, oyunlar həddindən artıq çoxdur. Problem ondadır ki, yayda cəmi üç həftəlik məzuniyyətimiz var – bu, bərpa üçün kifayət deyil. Zədəlilərin sayına baxın”, – deyə Qvardiola bildirib.

“Mançester Siti” hazırda İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir. Qvardiolanın komandası 19 matçda 40 xal toplayıb.