51 milyona almışdı – “Yuve”onu satmağa hazırdır
“Nottingem Forest” “Yuventus”un 26 yaşlı yarımmüdafiəçisi Duqlas Luizlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Şira məlumat verib.
Braziliyalı futbolçu ötən yay “Aston Villa”dan İtaliya nəhənginə keçib. “Yuventus”un Luisin transferi üçün 51,5 milyon avro ödədiyi bildirilir.
Bu mövsüm yarımmüdafiəçi qol vurmadığı bütün turnirlərdə 22 matçda iştirak edib. Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
