İngiltərəİspaniya

“Liverpul”un kapitanı “Barsa”da?

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk “Barselona”nın diqqətini çəkir.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 33 yaşlı futbolçu ilə maraqlanır və onun transferini düşünür. Müqavilənin baş tutması üçün “blauqrana” çox güman ki, bir neçə Premyer Liqa klubunun diqqətini çəkən uruqvaylı Ronald Arauxodan qurtulmalı olacaq.

Vircil van Deyk bu mövsüm klubda 32 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalı futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Aut.az