İspaniyaTennis

Tennisin əfsanəsindən etiraf: “Real”ın prezidenti olmaq istəyir

“Böyük Dəbilqə”nin 22 qat çempionu Rafael Nadal “Real Madrid”in prezidenti olmaq üçün potensial təklifi qəbul edib. Nadal Real Madridin böyük azarkeşidir.

Aut.az xəbər verir ki, “Mundo Deportivo” “Movistar+”ın “Universo Valdano” şousuna istinadən Nadalın sözlərini sitat gətirib:

“Real”ın ən yaxşı prezidenti var və onlara yeni prezident lazım deyil. Heç kim gələcəkdə nə olacağını bilmir. Prinsipcə, bəli, mən istərdim, niyə də yox? Bu gözəl, həyəcanlı və motivasiya edici bir çağırışdır. Hər şeydən əvvəl, hazır olduğuma əmin olmalıyam”.

Aut.az