Müəmmalı cəza: təcavüz əleyhinə siyasəti pozub
“Real Solt Leyk”in hücumçusu Kristian Aranqo MLS-in təcavüz əleyhinə siyasətini pozduğuna görə 4 oyunluq cəzalanıb.
Aut.az xəbər verir MLS (ABŞ və Kanadada futbol liqası sisteminin ən yüksək divizionu) Aranqonun dəqiq nə etdiyini haqda məlumat verməyib.
29 yaşlı kolumbiyalı 23 matçda 17 qolla cari müntəzəm mövsümün bombardiridir.
Forvard “Real Solt Leyk”də 3 oyunu və qarşıdan gələn MLS All-Star oyununu buraxacaq.
Aut.az
