İspaniya

Bir illik məvacibindən imtina etdi

Xavinin mövsümün sonunda “Barselona”dan ayrılacağını elan etməsi ilə bağlı təfərrüatlar bəlli olub.

Aut.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, Xavi klubdan 2 həftə əvvəl – İspaniya Superkubokunda “Real”a məğlub olduqdan sonra (1:4) ayrılmaq istəyib. O, 3 gün əvvəl qərarını ictimaiyyətə açıqlamaq istəsə də, prezident Joan Laporta və idman direktoru Deko onu fikrindən daşındırıb.

Mütəxəssisi həm futbol baxımından irəliləyişin olmaması, həm də komanda ətrafındakı gərgin atmosfer qane etmir.

“Vilyarreal”a məğlubiyyətdən sonra Laporta Xavini nəinki istefa barədə danışmamağa, həm də yayda “Barselona”nı tərk etməməyə inandırmağa çalışıb. O, Xavini kameralar qarşısında onu müşayiət etməyə dəvət etsə də, məşqçi qərarın qarşılıqlı olduğu kimi görünməmək üçün bundan imtina edib. Bunun onun şəxsi qərarı olduğunu göstərmək istəyib.

Həmçinin bildirilir ki, ispaniyalı müqaviləsinin son ilinin maaşından imtina etməklə yanaşı, 2021-ci müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün “Əl-Sədd”ə veriləcək kompensasiyanı da özü ödəyib.

Auta.z