Arda 50 oyuna çatdı: “Fənərbağça”nın qazancı nə oldu?
2023-cü ilin yayında “Fənərbağça”dan “Real”a transfer olunan Arda Gülerin müqaviləsində maraqlı bir şərt yer alıb.
Aut.az xəbər verir ki, 50 oyun oynadığı təqdirdə, İstanbul klubu İspaniya nəhəngi ilə dostluq oyunu keçirmək hüququ qazanacaq. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, “Fənə” həmçinin “Real”dan 4 milyon avro məbləğində bonus alıb.
Gülerin “Real”daki 50-ci oyunu “Barselona”ya qarşı İspaniya Kubokunun finalında olub. Bu matçda Madrid klubu 2:3 hesabı ilə məğlub olub.
İspaniyada çıxış etdiyi dövrdə Arda 10 qol vurub və 8 asist edib.
Aut.az
