Gökdeniz Karadeniz Rusiya klubunda
Türkiyəli keçmiş futbolçu Gökdeniz Karadeniz Rusiyada işləyəcək.
Aut.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Rubin”in əvəzedici komandasına baş məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Karadeniz futbolçu kimi 2008-2018-ci illərdə “Rubin”də forma geyinib.
