Türkiyə

Səudiyyədə İstanbul derbisini bu məşhurlar da izləyəcək

Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” Türkiyə Superkubok oyununu izləyənlər arasında “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo da olacaq.

Aut.az xəbər verir ki, portuqaliyalı forvard oyunu tribunadan izləyəcək. Ronaldo hətta matçdan əvvəl “Qalatasaray”ın son məşqini izləyib. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Ronaldodan başqa Mirça Luçesku, Roberto Maçini, Vinçenzo Montella və Səudiyyə Ərəbistanı çempionatında çıxış edən bir neçə məşhur futbolçu da oyuna dəvət edilib.

Qeyd edək ki, oyun kommersiya gəliri məqsədi ilə Səudiyyə Ərəbistanında keçirilir. “Əl-Əvvəl Park” stadionunda oynanılacaq matç saat 21:45-də başlayacaq.