Türkiyə

“Qalatasaray” Osimhen üçün hərəkətə keçdi: 50 milyonluq plan

“Qalatasaray” Trendyol Super Liqasında “Antalyaspor” a qalib gələrək məğlubiyyətsizlik seriyasını davam etdirib.

Aut.az xəbər verir ki, İstanbul nəhəngi komandanın lideri Viktor Osimhen üçün hərəkətə keçib.

Nigeriyalı hücumçunun transfer haqqını almaq istəyən “cimbom” 50 milyon avroluq yeni plan hazırlayıb.

Bildirilir ki,  “Napoli”nin 75 milyon avroluq alış qiymətindən aşağı düşməyəcəyi təqdirdə, futbolçu “hə” desə, rəhbərlik pul kisəsini açacaq.

“Qalatasaray”ın yeni forma sponsorluğuna imza atacağı və bundan 5 mövsüm üçün ən az 50 milyon avro gəlir gözlədiyi deyilir. Rəhbərlik Osimhenin transfer haqqını ilk növbədə bu gəlirlə bağlamağı planlaşdırıb.

Azarkeşlər üçün keçiriləcək forma kampaniyasından böyük gəlir gözlənilir.

Osimhen cari mövsümdə 26 qol vurub, 5 qol ötürməsi edib.

Aut.az