Deşamdan sonra Fransa yığması üçün ideal namizəd – Mbappe açıqladı
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-dan sonra yığmanı tərk edəcək Didye Deşamın davamçısı kimi hansı məşqçini gördüyünü cavablandırıb.
Aut.az xəbər verir ki, Mbappe bu barədə “Le Parisien”ə müsahibəsində deyib.
= Deşamın yeni varisi ilə bağlı çoxlu fərziyyələr var. Hər hansı variantınız varmı?
– Bilmirəm. Kimə işarə etdiyinizi başa düşürəm, amma onun haqqında danışmayacağam, çünki bu mənim vəzifəm deyil. Federasiyanın prezidenti var, qərarlar verir. Hamı Zidandan danışır. Biz futbolçular mağarada yaşadığımızı və ətrafımızda baş verənlərdən xəbərsiz olduğumuzu iddia etməyəcəyik. Lakin bu haqda danışmaq bizim işimiz deyil.
– Deşamın ideal varisi haqqında fikrin varmı?
– Zinəddin Zidan! Amma, bayaq dediyim kimi, qərar verəcək Pilippe Diallo olacaq, bu vəzifə ona məxsusdur. Görək o, hansı kriteriyalara əsaslanacaq və hansı qərarı verəcək”, – Mbappe deyib.
Aut.az
