Azərbaycan futbolu

Vaqif Cavadov: “Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Qarabağ”ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.

– Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?

– Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

– Düşünürsüz ki, “Sumqayıt”da qalmağa layiq məşqçisiz?

– Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.