Bu federasiya UEFA-ya şikayət etdi: İrqçi şüarlar və bayrağa edilən hörmətsizliyə görə
Albaniya Futbol Federasiyası (FFA) Millətlər Liqasının son oyununda Çexiya millisinin azarkeşlərinin davranışı ilə bağlı UEFA-ya şikayət etmək niyyətindədir.
Aut.az xəbər verir ki, tribunada tərs çevrilmiş Albaniya bayrağı, həmçinin “Kosovo Serbiyadır” yazılmış pankart görünüb. Azarkeşlər matç zamanı bu şüarı səsləndiriblər.
“Albaniya Futbol Federasiyası Çexiya ilə oyunda baş vermiş biabırçı hərəkətləri qətiyyətlə pisləyir. İrqçi şüarlar və Albaniya bayrağının təhqir olunması yolverilməzdir və futbolla heç bir əlaqəsi yoxdur. Bu ciddi hərəkət futbol dəyərlərinə və xalqlar arasında hörmətə açıq hücumu təmsil edir.
Albaniya Futbol Federasiyası irqçiliyin və milli simvollara təhqirin istənilən formasını qətiyyətlə pisləyir və UEFA-ya dərhal intizam tədbirlərinin görülməsini tələb edən etiraz notası göndərəcək. FFA buna fasilədə dərhal cavab verib və təşkilatçılardan oyunun dayandırılmasına səbəb olmamaq üçün dərhal bu hərəkətlərə qarşı tədbir görmələrini xahiş edib”.
Qeyd edək ki, Praqa keçirilən görüş çexlərin qələbəsi (2:0) ilə başa çatıb.
Aut.az
