Anası sabiq gəlinini itlə müqayisə etdi – FOTOFAKT
Hazırda həbs olan “Barselona”nın sabiq futbolçusu Dani Alveşin anası Lusiya maraqlı açıqlama ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, o oğlunun keçmiş həyat yoldaşına “ilişib”. O, “Dani nə istəsə desin, ya da inkar etsin. Onun haqqında heç nə bilmək istəmirəm”, – deyə açıqlama verən sabiq gəlini Joana Sansa sosial şəbəkə vasitəsiylə mesaj göndərib.
Onun sözləri gündəm yaradıb və böyük marağa səbəb olub: “Bir iti 3 gün yedizdirsən, səni 30 il xatırlayacaq. Bir insanı 30 il yedizdirsən, səni üç günə unudacaq”.
Qeyd edək ki, Dani Alveş Barselonadakı gecə klublarından birində qıza təcavüz etməkdə şübhəli bilinir. O, yanvar ayından həbsdədir. Braziliya millisinin sabiq üzvü ilə bağlı höküm oktyabr və ya noyabrd açıqlanacaq. Dani 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

