Azərbaycanlı futbolçu Albaniyada ilk qolunu vurdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” yoldaşlıq oyunu keçirib.
Aut.az xəbər verir ki, Albaniya komandası yerli “Blis” ilə üz-üzə gəlib. Görüş “Eqnatiya”nın qələbəsiylə başa çatıb – 3:1.
Vüsal bu görüşün iştirakçısı olub. O, komandasının qollarından birinin müəllifi olub.
