İtaliya A Seriyasının təqvimi açıqlandı
İtaliya A Seriyasında 2023/2024 mövsümünün başlayacağı tarix bəllidir.
Aut.az xəbər verir ki, çempionat 20 avqustda start götürəcək.
Son tur isə 24 may tarixinə təsadüf edəcək.
“Milan” və “İnter” arasındakı Milan derbiləri 4 və 33-cü turlarda baş tutacaq. 17 sentyabr və 21 aprel tarixlərində isə “Roma” ilə “Latsio” Roma derbisində qarşılaşacaqlar.
