Dünya futbolu

Malik ən yaxşıları seçdi: Məhəmməd Əli, Messi, Həbib…

“Bayer Leverkuzen” və ABŞ milli komandasının yarımmüdafiəçisi Malik Tillman “B/R Football” jurnalının suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, ondan müxtəlif idman növləri üzrə ən yaxşı idmançıların adlarını çəkməsi istənilib.

23 yaşlı amerikalı Lionel Messini bütün dövrlərin ən yaxşı futbolçusu, Lebron Ceymsi isə ən yaxşı basketbolçu seçib. Bunu onunla əsaslandırıb ki, Kobi Brayant və Maykl Cordan onun basketbolu izləməyə başlamasından əvvəl oynayıb.

Tillman Tom Bredini ən böyük amerikan futbolçu, Sehei Ohtani isə bütün dövrlərin ən yaxşı beysbol oyunçusu hesab edir.

Tillmanın ən yaxşı xokkeyçini seçməsi müəmmalı olub: “Qretski. Tanıdığım tək odur”, – futbolçu gülüb.

Tillman Məhəmməd Əlini tarixin ən böyük boksçusu, Useyn Boltu ən böyük atleti və Tayger Vudsu ən böyük qolfçu hesab edir.

Tillman qeyd edib ki, Karlos Alkarasın tarixin ən böyük tennisçisi olmaq üçün bütün şansları var, lakin hələlik Novak Cokoviçi ən böyük hesab edir. Tillmanın sözlərinə görə, Formula 1 tarixinin ən yaxşı pilotu Luis Hemiltondur.

Malik, həmçinin Həbib Nurməhəmmədovu UFC tarixinin ən yaxşı döyüşçüsü hesab edir: “UFC tarixinin ən böyük döyüşçüsü? Qoy bu barədə düşünüm. Mən Həbibi seçirəm”.

Aut.az