Dünya futbolu

Arsenə heykəl ucaldılacaq

İngiltərənin “Arsenal” klubu sabiq baş məşqçisi Arsen Vengerin heykəlini ucaldacaq.

Aut.az xəbər verir ki, 74 yaşlı mütəxəssisin abidəsi “Emirates” stadionunun yaxınlığında olacaq.

Avqustun 3-də açılış mərasimi gerçəkləşəcək.

Qeyd edək ki, Arsen Venger 1996 – 2018-ci illərdə London təmsilçisinin baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub.