“Real” rəhbərliyi ən problemli mövqeyi tapdı: Yayda transfer olacaq
“Real” rəhbərliyi hazırda komandanın ən problemli mövqeyinin mərkəz müdafiəçisi olduğunu hesab edir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
Mənbəyə görə, Eder Militao və David Alabanın tez-tez zədələnməsi klubda narahatlıq yaradıb, Antonio Rüdiger isə qeyri-sabit çıxışı ilə məyus edib. Gənc Raul Asensio isə müdafiəyə liderlik etmək baxımından kifayət qədər hazır görünmür.
Yay transfer dövründə “kral klubu” elit səviyyəli mərkəz müdafiəçisini heyətinə qatmaq üçün bütün səylərini səfərbər edəcək.
Bu mövsüm La Liqada “Real” 34 oyundan sonra 75 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Çempionlar Liqasında komanda 1/4 finalda “Arsenal”a (iki oyunun nəticəsinə əsasən 1:5) uduzaraq mübarizəni dayandırıb. Həmçinin İspaniya Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.
Aut.az
