İspaniya

Neqreyra işi: “El klasiko”dan əvvəl nahar və şam yeməyi

İspaniya Mülki Qvardiyası qarşısında çıxış edən hakim köməkçisi Con Nunes Fernandez 2010-cu ildə “Barselona”nın “Real Madrid”i 5:0 hesabı ilə məğlub etdiyi “El Klasiko” ərəfəsində həmin vaxt İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komissiyasının vitse-prezidenti olan Xose Neqreyranın onlar üçün nahar və şam yeməyi təşkil etdiyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Lakin həmin matçın baş hakimi olmuş Eduardo İturralde Qonzalesin özü Neqreyra ilə belə görüşləri xatırlamadığını bildirib.

Xatırladaq ki, “Barselona” La Liqa hakimlərini mavi qranatların xeyrinə qərarlar verməyə məcbur etmək üçün Neqreyraya bir neçə milyon pul ödəməkdə ittiham olunur. Bu ittihamlara cavab olaraq kataloniyalılar bildiriblər ki, Neqreyra onlar üçün yalnız gənc ispan oyunçulara və hakimliyin bəzi aspektlərinə aid texniki hesabatlar tərtib edib.

Aut.az