O da narazılıq etdi: Daha da sərtləşir
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, komandasındakı çox sayda zədəli futbolçu haqqında danışarkən, oyunçuların həddindən artıq yüklənməsini qabardıb.
“Bu mövsüm futbolçulara olan tələblərə görə biz artıq heyəti genişləndirmişik. Dünya çempionatı ötən mövsümün ortalarında keçirildiyi üçün mövsüm daha uzun oldu. Üstəlik, İngiltərə Kubokunda, daha sonra isə Millətlər Liqasının oyunlarında iştirak edən oyunçularımıza görə mövsüm daha uzun oldu.
Cədvəl daim sıxlaşır. Oyunçuların yükü çox böyükdür, artıq yüklənmə var. Bunu həmkarlarım da qeyd edirlər, mən də. Lakin qrafik sərtləşməyə davam edir. Futbolçular artıq belə yüklənmənin öhdəsindən gələ bilmirlər. Bu, bir çox komandada gördüyünüz problemdir”, – “Sky Sports” Den Haqdan sitat gətirib.
Aut.az
