Dünya futbolu

5 vitse-prezidentdən 3-ü Rusiyaya “yox” deyib

UEFA-nın 5 vitse-prezidentindən 3-ü (vitse-prezidentlərin daxil olduğu icraiyyə komitəsinin 20 üzvü səs verib) Rusiyanın U-17- yığmasına qarşı sanksiyaların aradan qaldırılmasının əleyhinə çıxıb.

Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

İsveçdən və İtaliyadan olan vitse-prezidentlər Karl-Erik Nilsson və Qabriele Qravina Rusiyanın U-17 yığmasının turnirlərə qayıtmasının lehinə çıxış ediblər.

Amma İsveç Futbol Federasiyası komandalarının Rusiyaya qarşı oynamayacağını bəyan edib.

Britaniyadan olan iki vitse-prezident və polyak Zbiqnek Bonek isə ruslara qarşı qadağanın aradan qaldırılmasının əleyhinə səs veriblər.

2022-ci ilin yazında, Ukraynaya qarşı müharibə ilə əlaqədar UEFA bütün Rusiya milli komandalarını və klublarını rəsmi oyunlardan kənarlaşdırıb. Lakin sentyabrın 26-da “böyüklərin hərəkətlərinə görə uşaqların məsuliyyət daşımadığını” əsas gətirərək, Rusiyanın U-17 yığmasına qarşı qadağa ləğv edilib.

Aut.az